“Azərbaycan Kredit Bürosu” daha bir şirkətlə tərəfdaş olub

“Azərbaycan Kredit Bürosu” daha bir şirkətlə tərəfdaş olub “Azərbaycan Kredit Bürosu” MMC (AKB) "Ferrum Kapital" MMC ilə tərəfdaş olub.
Maliyyə
8 Oktyabr , 2020 16:54
“Azərbaycan Kredit Bürosu” daha bir şirkətlə tərəfdaş olub

“Azərbaycan Kredit Bürosu” MMC (AKB) "Ferrum Kapital" MMC ilə tərəfdaş olub.

“Report” bu barədə Büroya istinadən xəbər verir.

Məlumata görə, bununla da AKB-nin tərəfdaşlarının sayı 134-dən 135-ə çatıb. İndiyə qədər Büronun tərəfdaş siyahısında Azərbaycan Mərkəzi Bankı, İpoteka və Kredit Zəmanət Fondu, 44 bank (18-i ləğvetmədədir), 49 bank olmayan kredit təşkilatı (5-i ləğvetmədədir), 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 21 sığorta şirkəti (1-i ləğvetmədədir), 1 təkrarsığorta şirkəti, 3 mobil rabitə operatoru, 3 kommunal xidmət operatoru və 6 mağaza olub.

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Zıraat Bank Azərbaycan” ASC-lərdir.

Son xəbərlər

Orphus sistemi