Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 45 962,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3% az ümumi daxili məhsul (ÜEDM) istehsal olunub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,7%, neft-qaz sektorunda isə 4,9% azalıb.
ÜDM istehsalının 35,2%-i sənaye, 11,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6%-i nəqliyyat və anbar təsərrüfatı, 7,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,1%-i tikinti, 2%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 4 611,7 manata bərabər olub.