Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 14 %-dən çox artıb

Maliyyə
  • 18 noyabr, 2023
  • 07:02
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 14 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 226,9 milyon manat​​​​​ vəsait yönəldib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,3 % çoxdur.

Bu vəsaitlərin 2 milyard 694,4 milyon manatı neft-qaz sektoruna yatırılıb. İl ərzində bu investisiyaların həcmi 21,1 % artıb. Qeyri neft-qaz sektoruna isə xarici yatırımlar 11,2 % azalaraq 532,5 milyon manat təşkil edib.

Hesabat dövründə xarici investisiyaların 3 milyard 036,7 milyon manatı (94,1 %-i) Böyük Britaniya, Türkiyə, ABŞ, Yaponiya, Fransa, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, 10 ayda bütün maliyyə mənbələrindən əsas kapitala 14 milyard 258 milyon manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,1 % çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,4 %, qeyri neftqaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,4 % artıb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 77,4 %-ini (11 milyard 031,1 milyon manat) təşkil edib. İl ərzində bu investisiyaların həcmi 18 % artıb. Daxili mənbələrdən neft-qaz sektoruna 2 milyard 219,1 milyon manat (+19,7 %) yatırılıb, qeyri neft-qaz sektoruna isə 8 milyard 812 milyon manat (+17,6 %) yönəldilib.

44 filmi