Azərbaycan iqtisadiyyatına özəl investisiyaların cəlb edilməsinə dair təkliflər hazırlanacaq

Azərbaycan iqtisadiyyatına özəl investisiyaların cəlb edilməsinə dair təkliflər hazırlanacaq 2020-ci ilin may ayınadək İqtisadiyyat Nazirliyi özəl investisiyaların cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsi istiqamətində təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.
Maliyyə
16 Yanvar , 2020 20:21
Azərbaycan iqtisadiyyatına özəl investisiyaların cəlb edilməsinə dair təkliflər hazırlanacaq

2020-ci ilin may ayınadək İqtisadiyyat Nazirliyi özəl investisiyaların cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsi istiqamətində təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

“Report” xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda qeyd edilib.

Planda İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, aprelədək Dövlət investisiya proqramı çərçivəsində həyata keçirilən layihələrin, o cümlədən infrastruktur layihələrinin real sektora olan təsirinin qiymətləndirilməsi, 2020-ci ilin sonunadək isə Dövlət investisiya proqramı hazırlanarkən başlanılmış investisiya layihələrinin başa çatdırılmasının prioritetləşdirilməsi aparılsın.

İlin sonunadək Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi və “Azərenerji” ASC-yə bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlb edilməsi sahəsində işlərin aparılması tapşırılıb.

Son xəbərlər

Orphus sistemi