Azərbaycan iqtisadiyyatına ötən il 3,6 mlrd manata yaxın xarici investisiya qoyulub

Maliyyə
  • 20 yanvar, 2023
  • 05:58
Azərbaycan iqtisadiyyatına ötən il 3,6 mlrd manata yaxın xarici investisiya qoyulub

2022-ci ildə Azərbaycandakı xarici müəssisə və təşkilatlar əsas kapitala 3 milyard 553,4 milyon manat vəsait yönəldib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % azdır.

Il ərzində xarici investisiyaların 3 milyard 343,8 milyon manatı (94,1 %-i) Böyük Britaniya, İsveçrə, Yaponiya, ABŞ, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, xarici mənbələrdən əsas kapitala ötən ilin yanvar ayında 296,1 milyon manat, fevralda 264,1 milyon manat, martda 203,8 milyon manat, apreldə 224,4 milyon manat, mayda 269,8 milyon manat, iyunda 348,1 milyon manat, iyulda 267,6 milyon manat, avqustda 399,8 milyon manat, sentyabrda 215,1 milyon manat, oktyabrda 242,4 milyon manat, noyabrda 241,4 milyon manat, dekabrda isə 580,8 milyon manat vəsait yatırılıb.

44 filmi