Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20 %-ə yaxın azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20 %-ə yaxın azalıb Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 2 365,2 milyon manat vəsait yönəldiib
Maliyyə
16 Aprel , 2021 12:12
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20 %-ə yaxın azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 2 365,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% az vəsait yönəldilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyalar 6,2%, qeyri-neft-qaz sektoruna yönəldilən vəsait isə 32,2% azalıb.

İstifadə olunmuş vəsaitin 1 761,8 milyon manatı və yaxud 74,5%-i məhsul istehsalı sahələrinə, 398,2 milyon manatı və yaxud 16,8%-i xidmət sahələrinə, 205,2 milyon manatı və yaxud 8,7%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 231,9 milyon manatını və yaxud 52,1%-ni daxili vəsaitlər təşkil edib, 1 768 milyon manatı və yaxud 74,8%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Son xəbərlər

Orphus sistemi