Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 17 % artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 17 % artıb 2023-cü ilin yanvar-noyabr aylarında əsas kapitala 15725,9 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz çox vəsait yönəldilmişdir.
Maliyyə
12 Dekabr , 2023 12:32
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 17 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 15 725,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 % çox vəsait yönəldilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 24,7 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 12,5 % artıb.

Hesabat dövründə istifadə olunmuş vəsaitin 9 422,3 milyon manatı və yaxud 59,9 %-i məhsul istehsalı sahələrinə, 5 498,6 milyon manatı və yaxud 35 %-i xidmət sahələrinə, 805 milyon manatı və yaxud 5,1 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 12 207,7 milyon manatını və yaxud 77,6 %-ni daxili vəsaitlər təşkil edib, 11 463,6 milyon manatı və yaxud 72,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

11 ay ərzində əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1 %, büdcə vəsaitləri 40,5 %, əhalinin şəxsi vəsaitləri 6,3 %, bank kreditləri 2,5 %, sair vəsaitlər isə 4,6 % paya malik olub.

Son xəbərlər

Orphus sistemi