Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 90 milyard 812,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,5 % azalıb, qeyri neft-qaz sektorunda isə 3 % artıb.
ÜDM istehsalının 41,6 %-i sənaye, 9,5 %-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6 %-i nəqliyyat və anbar təsərrüfatı, 5 %-i tikinti, 2,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrinin, 18 %i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 %-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 8 949 manat olub.