Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 15 %-dən artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 15 %-dən artıb ​​​​​​​Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 638,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 % çox investisiya yönəldilib
Maliyyə
13 Mart , 2024 12:52
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 15 %-dən artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 638,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 % çox investisiya yönəldilib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,5 %, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 17,1 % artıb.

İstifadə olunmuş investisiyanın 1 milyard 439,7 milyon manatı və ya 54,6 %-i məhsul istehsalı sahələrinə, 1 milyard 064,7 milyon manatı (40,3 %-i) xidmət sahələrinə, 133,7 milyon manatı (5,1 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 2 milyard 121,3 milyon manatını və ya 80,4 %-ini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 1 milyard 921,3 milyon manatı və ya 72,8 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Son xəbərlər

Orphus sistemi