Azərbaycan iqtisadiyyatına bu il yatırılan xarici investisiyaların həcmi açıqlanıb

Maliyyə
  • 16 mart, 2024
  • 07:15
Azərbaycan iqtisadiyyatına bu il yatırılan xarici investisiyaların həcmi açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 516,8 milyon manat​​​​​ vəsait yönəldilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 % azdır.

Hesabat dövründə xarici investisiyaların 493,5 milyon manatı (95,5 %-i) Böyük Britaniya, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Rusiya, Norveç, İran və Hindistan sərmayədarlarına məxsus olub.

Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 638,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 % çox vəsait yönəldilib. Neft-qaz sektoruna investisiyalar 12,5 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 17,1 % artıb.

44 filmi