Azərbaycan iqtisadiyyatına bu il 2,5 mlrd manata yaxın xarici investisiya qoyulub

Maliyyə
  • 22 oktyabr, 2022
  • 12:10
Azərbaycan iqtisadiyyatına bu il 2,5 mlrd manata yaxın xarici investisiya qoyulub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar əsas kapitala 2 milyard 488,8 milyon manat vəsait yönəldib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % azdır.

9 ay ərzində xarici investisiyaların 2 milyard 335,7 milyon manatı (93,8 %-i) Böyük Britaniya, ABŞ, İsveçrə, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, xarici mənbələrdən əsas kapitala bu ilin yanvar ayında 296,1 milyon manat, fevralda 264,1 milyon manat, martda 203,8 milyon manat, apreldə 224,4 milyon manat, mayda 269,8 milyon manat, iyunda 348,1 milyon manat, iyulda 267,6 milyon manat, avqustda 399,8 milyon manat, sentyabrda isə 215,1 milyon manat vəsait yatırılıb.

44 filmi