Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 84 880,4 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2% azalıb, qeyri neft-qaz sektorunda isə 10,3 % artıb.
ÜDM istehsalının 52,5 %-i sənaye, 7,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 %-i tikinti, 1,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 %-i informasiya və rabitə sahələrinin, 14,1 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 %-ni təşkil edib.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 54,4% artaraq 8 440 manat olub.