2021-ci ildə Azərbaycanda 92 857,7 milyon manatlıq və yaxud 2020-ci illə müqayisədə 5,6 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ötən il iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 %, neft-qaz sektorunda isə 1,8 % artıb.
ÜDM istehsalının 42,5 %-i sənaye, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 %-i tikinti, 1,8 %-i informasiya və rabitə, 1,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 %-ni təşkil edib.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 27,6 % artaraq 9 269 manat olub.