Azərbaycan iqtisadiyyatı 4,5 % böyüyüb

Azərbaycan iqtisadiyyatı 4,5 % böyüyüb Bu ilin yanvar-iyul aylarında ölkədə 70 544 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 % çox ümumi daxili məhsul istehsal olunub.
Maliyyə
13 Avqust , 2024 12:07
Azərbaycan iqtisadiyyatı 4,5 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 70 milyard 544 milyon manatlıq və yaxud ötən lin eyni dövrü ilə müqayisədə 4,5 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 %, qeyri neft-qaz sektorunda isə 6,7 % artıb.

ÜDM istehsalının 38,4 %-i sənaye, 9,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7 %-i tikinti, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 19,1 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10 %-ni təşkil edib.

7 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 6 921manat olub.

Son xəbərlər

Orphus sistemi