Azərbaycan iqtisadiyyatı 3%-ə yaxın böyüyüb

Azərbaycan iqtisadiyyatı 3%-ə yaxın böyüyüb Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 12 578 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Maliyyə
11 Mart , 2020 10:03
Azərbaycan iqtisadiyyatı 3%-ə yaxın böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 12 578 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% çoxdur.

İki aylıq ÜDM-in 7 554,2 milyon manatlıq hissəsi və yaxud təxminən 60%-i qeyri neft-qaz sektorunda formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 6,7% çoxdur.

Son 1 ildə adambaşına düşən ÜDM-in dəyəri 1,9% artaraq 1 263,7 manata çatıb. 

Son xəbərlər

Orphus sistemi