Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 39 915 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7% azalıb, qeyri neft-qaz sektorunda isə 5,1% artıb.
ÜDM istehsalının 39,9%-i sənaye, 10,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM isə 3 987,6 manat olub ki, bu da illik müqayisədə 1,6% çoxdur.