Azərbaycan iqtisadiyyatı 0,2% geriləyib - YENİLƏNİB

Azərbaycan iqtisadiyyatı 0,2% geriləyib - YENİLƏNİB İlk xəbər saat 11:37-də verilib.
Maliyyə
14 Dekabr , 2017 15:28
Azərbaycan iqtisadiyyatı 0,2% geriləyib - YENİLƏNİB
Report

İlk xəbər saat 11:37-də verilib.

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 63 071,3 mln. manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% azdır. 

Son 1 ildə əhalinin hər nəfərinə düşən ÜDM isə 1,2% azalaraq 6481,8 manat olub. 

ÜDM-in 40,1%-i sənayenin, 10,1%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8%-i tikintinin, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ni təşkil edib.

11 ay ərzində ölkədə 35 650,6 mln. manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da illik müqayisədə 3,8% azdır. O cümlədən qeyri-neft sənayesi üzrə məhsul istehsalı isə 3,5% artaraq 8 537,8 mln. manata yüksəlib. 

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% artaraq 39570,3 mln. manata çatıb, neft bölməsində isə 5,1% azalaraq 23,501 mlrd. manata düşüb. 

Son xəbərlər

Orphus sistemi