Azərbaycan iki aya qızıl ehtiyatının 1/4-ni satıb

Azərbaycan iki aya qızıl ehtiyatının 1/4-ni satıb Noyabrda qızıl ehtiyatından 3 ton satılıb
Maliyyə
23 Dekabr , 2016 15:20
Azərbaycan iki aya qızıl ehtiyatının 1/4-ni satıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan bu ilin noyabr ayında qızıl ehtiyatının 2,97 tonunu yaxud 11,89%-ni satıb. 

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) açıqladığı hesabatda deyilir.

Hesabata görə, dekabrın 1-nə Azərbaycanın qızıl ehtiyatları 22,015 tona düşüb. IMF-in açıqlamasında deyilir ki, oktyabrda isə Azərbaycan 4,2 ton qızıl satıb (14,39%) satıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabatına əsasən, sentyabrda Azərbaycanın qızıl ehtiyatları 30,170 ton olub. Həmin tarixə IMF-in göstəriciləri isə 29,182 ton qızılın olduğunu göstərir.

Son xəbərlər

Orphus sistemi