Azərbaycan İpoteka Fondu sığortaçı seçir

Azərbaycan İpoteka Fondu sığortaçı seçir Bakı. 7 noyabr. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC (AİF) əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlərin satın alınmasına dair açıq tender elan edib.
Maliyyə
7 Noyabr , 2017 12:35
Azərbaycan İpoteka Fondu sığortaçı seçir

Bakı. 7 noyabr. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC (AİF) əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlərin satın alınmasına dair açıq tender elan edib.

“Report” fonda istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 14-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 23-nə qədər AİF-in Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanındakı inzibati binasında təqdim etməlidirlər (Əlaqələndirici şəxsin iş telefonu: (012) 441-24-23, daxili 110).

Təkliflərə noyabrın 24-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20%-i qədər güzəştli düzəliş tətbiq ediləcək.

Cəmiyyətin əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlər 1 il müddətinə təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi