Azərbaycan hər il aqrar sığortanın stimullaşdırılmasına 1 mln. manat ayırır

Azərbaycan hər il aqrar sığortanın stimullaşdırılmasına 1 mln. manat ayırır Bu barədə Bakıda keçirilən beynəlxalq sığorta konfrasında bildirilib
Maliyyə
21 İyun , 2018 11:57
Azərbaycan hər il aqrar sığortanın stimullaşdırılmasına 1 mln. manat ayırır
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ "Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək, onun qeyri-neft sektorundakı payını artırmaq, aqrar sektora investisiyaları cəlb etmək və  urbanizasiya səviyyəsini azaltmaq üçün  kənd təsərrüfatı sığortası böyük əhəmiyyət kəsb edir".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq sığorta konfrasının II günündə Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisi Firdovsi Ağaşirinov deyib.

Onun sözlərinə görə, bu sığorta növu ilə bağlı bir sıra inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib: "ABŞ, Türkiyə, İsrail, Kanada və başqa bir sıra ölkələrin sözügedən sahədə təcrübələrini öyrəndik. Türkiyədəki "Tarsim" kənd təsərrüfatı sığortası modelindən yararlanmağı qərara aldıq. Bunun üçün kənd təsərrüfatı sığortası ilə bağlı xüsusi qanun layihəsi hazırladıq". 

O, indiyə qədər kənd təsərrüfatı sığortasının stimullaşdırılması üçün hər il dövlət büdcəsindən 1 mln. manat vəsait ayrıldığını da qeyd edib. 

Bundan başqa, Palata rəsmisinin sözlərinə görə, ötən il 4 yerli sığorta şirkəti aqrar sahəsnin hesabına 4,3 mln. manat sığorta haqqı toplayıb və bunun 96%-ni ödəniş yönəldib. 

Xatırladaq ki, konfrans işini bu gün yekunlaşdıracaq. 

Son xəbərlər

Orphus sistemi