Azərbaycanla Türkmənistan arasında ikiqat vergitutma haqqında sazişin tətbiqi tarixi məlum olub

Azərbaycanla Türkmənistan arasında ikiqat vergitutma haqqında sazişin tətbiqi tarixi məlum olub Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin tətbiqinə 2020-ci ilin yanvarın 1-də başlanacaq.
Maliyyə
2 May , 2019 17:22
Azərbaycanla Türkmənistan arasında ikiqat vergitutma haqqında sazişin tətbiqi tarixi məlum olub

Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin tətbiqinə 2020-ci ilin yanvarın 1-də başlanacaq. 

“Report” xəbər verir ki, adıçəkilən saziş 2018-ci ilin noyabrın 22-də imzalanıb. Sazişin qüvvəyə minmə tarixi isə 2019-cu ilin martın 12-dir.

Saziş Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, əmlak vergisi və torpaq vergisi üzrə tətbiq ediləcək. Türkmənistanda isə hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, fiziki şəxslərin gəlir vergisi və əmlak vergisi üzrə ikiqat vergitutma aradan qaldırılacaq.

Xatırladaq ki, hazırda 55 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı saziş imzalanıb. Onlardan İordaniya Krallığı, İspaniya və Mərakeşlə imzalanan sazişlərin qüvvəyə minmə və tətbiqedilmə tarixi müəyyənləşməyib.

Son xəbərlər

Orphus sistemi