Azərbaycan-Gürcüstan birgə müəssisəsinin istiqrazlarına 3 investor maraq göstərib

Maliyyə
  • 23 may, 2023
  • 13:50
Azərbaycan-Gürcüstan birgə müəssisəsinin istiqrazlarına 3 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “Max" MMC-nin 500 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqraz çıxarılıb.

Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 3 investor nominal dəyəri 1 000 manat, ümumi məbləği isə 500 min manat olan 3 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.

İstiqrazların kəsmə və orta ölçülmüş qiyməti 1 000 manat (13 %) müəyyən edilib.

Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Xatırladaq ki, "Max" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Çap idarəetmə xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmış şirkətin təsis paylarının 74 %-i Gürcüstanın eyni adlı şirkətinə, 25 %-i "PAŞA İnvestments" MMC-yə, 1 %-i isə Anar Abbasova (direktor) məxsusdur.

44 filmi