Azərbaycan gübrə ixracından gəlirini 77 %-dən çox artırıb

Biznes
  • 28 oktyabr, 2024
  • 12:19
Azərbaycan gübrə ixracından gəlirini 77 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 57,383 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 90,551 milyon ABŞ dolları dəyərində gübrə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 77,4 % çoxdur.

Gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,4 %-ni, ixrac isə ümumi ixracın 0,5 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,8 % azdır.

Xarici ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 212 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,7 dəfə azdır.

44 - Tezliklə