Azərbaycan gübrə idxalına çəkdiyi xərci 2 dəfə artırıb
- 16 fevral, 2023
- 11:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 4,922 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Yanvarda Azərbaycanın gübrə ixracının dəyəri isə 9,455 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 35,7 % çoxdur.
Bu ilin ilk ayında gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,35 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,5 %-ni təşkil edib.
Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 19 % azdır.
İllik xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 39,2 % az, idxal isə 44,9 % artıb.
Son nəticədə xarici ticarətdə 464 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 4,6 dəfə azdır.