Azərbaycan gələn ildən Ali Audit Qurumları Təşkilatına sədrlik edə bilər

Azərbaycan gələn ildən Ali Audit Qurumları Təşkilatına sədrlik edə bilər Hesablama Palatası növbəti ildən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatına (ECOSAİ) sədrlik etmək üçün namizədliyini verib.
Maliyyə
6 Dekabr , 2021 12:03
Azərbaycan gələn ildən Ali Audit Qurumları Təşkilatına sədrlik edə bilər
Vüqar Gülməmmədov

Hesablama Palatası növbəti ildən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatına (ECOSAİ) sədrlik etmək üçün namizədliyini verib.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

O qeyd edib ki, ECOSAİ-nin tədbirləri əsasən üzv dövlətlərin bir-birilə təcrübə mübadiləsi aparılması, faydalı təlimlər keçirilməsi istiqamətində olur və bu da nəticədə dövlət ali audit institutlarının işinin faydalı olmasına xidmət edir.

"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu təşkilata üzv olan digər dövlətlər beynəxalq arenada bütün məsələlərl, xüsusən Azərbaycan üçün həssas olan məsələlərdə daim ölkəmizin yanında olub. Bu dövlətlərlə Azərbaycan müxtəlif sahələr üzrə ikitərəfli və çox tərəfli əlaqələr qurub. Azərbaycanın ali audit orqanı da dövlət qurumu olaraq İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan və bizimlə strateji tərəfdaş olan ölkələrlə bilik və bacarığının artırılması üçün fəaliyyət göstərir.

Ali audit qurumlarının idarəetmə sistemi müxtəlifdir. Əksər qurumlarda bu sistem məhkəmə sistemi ilə birgə fəaliyyət göstərir. Azərbaycan və bəzi MDB ölkələrində isə bu sistem kollegial formada fəaliyyət göstərir. Lakin idarəetmə formasından asılı olmayaraq hər bir dövlətdə ali audit orqanlarının işi dövlətə məxsus resursların səmərəli istifadəsinə xidmət etməkdən ibarətdir", - deyə Palata sədri bildirib.

Son xəbərlər

Orphus sistemi