Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanın 2015-ci il dövlət büdcəsinin xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmaları 14,051 mln. manata təşkil edəcək.
"Report"un verdiyi xəbərə görə, 2014-cu il büdcəsinin gəlirlərində isə xarici dövlətərin hökumətlərinə verilmiş kreditlərdən daxilolmalar 3,074 mln. manat təşkil edib.
Qeyd edək ki, 2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 mlrd. manat, xərcləri 21,1 mlrd. manat məbləğində təsdiq edilib.