Azərbaycan ərzaq təhlükəsizliyinə xərcləmələri 2 % artırır
- 04 noyabr, 2026
- 11:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Gələn il Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatına ayrılacaq vəsaitin təxminən 38 %-i və yaxud 522,6 milyon manatı ərzaq təhlükəsizliyinə yönəldiləcək.
"Report" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu, 2026-cı illə müqayisədə təxminən 2 % çoxdur.
Ərzaq təhlükəsizliyi tədbirləri üçün ayrılmış vəsait hesabına fermerlərə kənd təsərrüfatı istehsalı vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahanın hər hektarına görə verilən, əkin subsidiyasına görə müraciət edilmiş torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 il müddətinə dincə qoyulan sahanın hər hektarına görə verilən dincə qoyulmuş torpaq, bağın salındığı birinci ildə fermerlərin istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahanın hər hektarına görə verilən bağçılıq, ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun miqdarına görə verilən bitkiçilik sahəsində məhsul, ölkədə istehsal edilərək sortluq və səpin keyfiyyətləri təsdiq olunmuş toxumun və tingin satışına görə verilən toxum, yerli heyvanın cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova və balağa (camış balası) görə verilən süni mayalanma və yaxud embrion köçürmə, kənd təsərrüfatı heyvanlarının saxlanılması, yemlənməsi və damazlıq işinin təşkili ilə bağlı çəkilən xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə hər bir heyvana (o cümlədən ana ailesinə) görə verilən heyvan, ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən heyvan mənşəli məhsul və yaxud xammalın miqdarına görə verilən heyvandarlıq sahəsində məhsul və bitkiçilik və heyvandarllq sahələrində beynəlxalq sertifikatların alınması və bu məqsədlə təsərrüfatların müəyyən olunmuş tələblərə uyğunlaşdırılması ilə bağlı çəkilən xərclərin bir hissəsinin kompensasiya edilməsi məqsədilə verilən sertifikatlaşdırma subsidiyaları, habelə sahibkarlıq subyektlərinə 1 il müddətinə qədər verilən kreditlərin faizlərinin maliyyələşdirilməsi, lizinqə verilən və lizinq yolu ilə sotlon istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlərin, kənd təsərrüfatı sahəsində digər tədbirlərin maliyyələşdirilməsi təmin olunacaq.