Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat olub

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat olub Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin edilib.
Maliyyə
5 Dekabr , 2017 12:37
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat olub

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin edilib.

“Report” xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist Fuad Hüseynəliyev gətirilib.

O, yeni vəzifəsində Könül Məmmədovanı əvəz edib.

F.Hüseynəliyev iqtisadi jurnalistikada, təqribən, 20 illik təcrübəyə malikdir. O, bundan əvvəl “İnterfaks-Azərbaycan” informasiya agentliyində, “Region plus” jurnalında rəhbər vəzifələrdə çalışıb. 

Son xəbərlər

Orphus sistemi