Azərbaycan əhalisinin gəlirləri 20% artıb

Maliyyə
  • 12 avqust, 2022
  • 07:34
Azərbaycan əhalisinin gəlirləri 20% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 38 797,2 milyon manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 19,5 % artaraq 3 859 manata çatıb.