Azərbaycan əhalisinin gəlirləri yanvarda 4,6% artıb

Azərbaycan əhalisinin gəlirləri yanvarda 4,6% artıb Ölkə əhalisinin hər nəfəri orta hesabla 358,6 manat gəlir əldə edib
Maliyyə
17 Fevral , 2017 16:58
Azərbaycan əhalisinin gəlirləri yanvarda 4,6% artıb

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan əhalisinin gəlirləri cari ildə əvvəlki illə müqayisədə artıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında ölkə əhalisi 3 476,1 mln. manatlıq və ya əvvəlki ilin yanvarı ilə müqayisədə nominal ifadədə 4,6% çox gəlir əldə edib.

Rəsmi statistikaya əsasən, ölkə əhalisinin hər nəfəri orta hesabla 358,6 manat gəlir əldə edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 139,8 mln. manatlıq və ya əvvəlki ilə nisbətən 4,5% çox vəsait qalıb.

Son xəbərlər

Orphus sistemi