Azərbaycan əhalisinin banklarda olan əmanətləri 12 %-ə yaxın artıb
- 02 noyabr, 2024
- 10:40
Bu il oktyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 38 milyard 335,4 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,5 %, ilin əvvəlinə nisbətən 3,7 %, illik müqayisədə isə 12 % çoxdur.
Bunun 56 %-i, yaxud 21 milyard 475,7 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 10,3 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 11,5 % artaraq 14 milyard 164 milyon manata çatıb, maliyyə təşkilatlarının depozitləri isə 30,8 % azalaraq 2 milyard 695,8 milyon manata düşüb.
Hesabat dövründə cəmi depozitlərin 22 milyard 957,9 milyon manatı (il ərzində 5,1 % artıb) qısamüddətli, 15 milyard 377,5 milyon manatı (24,2 % artıb) isə uzunmüddətli olub.
Ölkədə 22 bank fəaliyyət göstərir.