Azərbaycan əhalisinin 1/3-i bankdan kredit götürmək istəmir

Azərbaycan əhalisinin 1/3-i bankdan kredit götürmək istəmir Sosial Tədqiqatlar Mərkəzi (STM) növbəti dəfə Azərbaycanda kreditlərlə bağlı vətəndaş rəyini öyrənib.
Maliyyə
22 Sentyabr , 2021 11:02
Azərbaycan əhalisinin 1/3-i bankdan kredit götürmək istəmir

Sosial Tədqiqatlar Mərkəzi (STM) növbəti dəfə Azərbaycanda kreditlərlə bağlı vətəndaş rəyini öyrənib.

“Report” quruma istinadən xəbər verir ki, bu məqsədlə 24 avqust - 6 sentyabr tarixlərində əhali arasında telefon sorğusu keçirib.

Sorğuda 1 069 respondent iştirak edib. Əminlik intervalı 95 %, statistik xəta əmsalı isə 3 % təşkil edib.

Kredit müraciətlərinin yer aldığı sorğuda iştirak edən respondentlərin 53 %-i (563 respondent) son 3 il ərzində kredit əldə etmək üçün müraciət edib. Rəyi öyrənilənlərin demək olar ki, üçdə bir hissəsi kreditin ehtiyaclarını qarşılayacağını düşünmədiyi üçün son 3 il ərzində bank kreditlərinə müraciət etməyib. 19,5 % və 18,1 % isə müvafiq olaraq kredit ödənişlərinin edilməsi ilə bağlı risklərin yüksək olması və yüksək faiz dərəcələrinə görə ehtiyacı olmasına baxmayaraq müraciət etməyib.

Respondentlərdən sonuncu kredit müraciətinin növünü soruşduqda, istehlak (avtomobil, məişət əşyaları, elektron cihazlar və s.) kreditləri edilmiş müraciətlər arasında ilk mövqedə dayanır (72,8%). Təyinat cəhətdən isə, ev təmiri (24,2%) daha geniş yayılıb. Son 3 ildə istifadə edilmiş kreditlərin təyinatına gəlincə isə, 68,1% respondent istehlak kreditlərini qeyd edib.

Son xəbərlər

Orphus sistemi