Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin 93%-i üç əsas xarici valyutada yerləşdirilib

Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin 93%-i üç əsas xarici valyutada yerləşdirilib Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli onun aktivlərinin demək olar ki, 100%-i qədər və yaxud 42 463,45 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
2 Avqust , 2019 10:13
Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin 93%-i üç əsas xarici valyutada yerləşdirilib

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli onun aktivlərinin demək olar ki, 100%-i qədər və yaxud 42 463,45 milyon ABŞ dolları təşkil edib.

“Report” Fonda istinadən xəbər verir ki, bu vəsaitin 54,6%-i elə dollarda, 34,1%-i avroda, 4,6%-i isə ingilis funtsterlinqində yerləşdirilib.

Başqa sözlə, üç əsas xarici valyutanın investisiya portfelində payı 93,3% təşkil edib. Digər valyutalara gəlincə isə, portfeldə Avstraliya dolları 0,6%, Türkiyə lirəsi 0,7%, Rusiya rublu 0,7%, Koreya vonu 0,4%, Çin yuanı 1,2%, Yaponiya yeni 1,6%, digər valyutalar isə 1,5% paya malikdir.

ARDNF investisiya portfelinin xarici valyutalar və qiymətli metallar üzrə bölgüsü ilə yanaşı, müxtəlif aktivlər üzrə bölgüsünü də açıqlayıb. Beləliklə, Fondun investisiya portfelində istiqrazların və pul bazarı alətlərinin payı 71,1%, səhmlərin payı 13,3%, daşınmaz əmlakın payı 5,3%, qızılın payı isə 10,3% təşkil edib.

Xatırladaq ki, bu ilin əvvəlindən ARDNF-in aktivləri 10%-dən çox artıb

Son xəbərlər

Orphus sistemi