​Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

​Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib Dövriyyədə olan dövlət istiqrazlarının cari qiymət üzrə həcmi artıb
Maliyyə
20 Noyabr , 2014 05:23
​Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,01% artaraq noyabr ayının 20-nə 2 760,84, ortaölçülü qiymət indeksi isə 95,20 təşkil edib. Noyabrın 20-nə dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,01% artaraq 133 814 768 manat təşkil edib.

“Report”un hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBNI (Azerbaijan Central Bank Notes Index) indeksi 0,005% artaraq noyabr ayının 20-nə 199,92, ortaölçülü qiymət indeksi isə 99,96 təşkil edib. Noyabrın 20-nə dövriyyədə olan notların cari qiymət üzrə həcmi 0,003% artaraq 9 995 852 manata çatıb.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 873,20-yə bərabər olub. Ortaölçülü qiymət indeksi isə 109,15 təşkil edib.

Son xəbərlər

Orphus sistemi