“Report”un hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBNI (Azerbaijan Central Bank Notes Index) indeksi dəyişməz qalaraq noyabr ayının 27-nə 199,95, ortaölçülü qiymət indeksi 99,975 təşkil edib. Noyabrın 27-nə dövriyyədə olan notların cari qiymət üzrə həcmi 0,003% artaraq 9 997 727 manat təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 873,67-yə bərabər olub, ortaölçülü qiymət indeksi isə 109,21 təşkil edib.