Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 6,72% azalaraq noyabr ayının 11-nə 2 758,29 təşkil edib. Ortaölçülü qiymət indeksi isə 95,11 olub. Noyabrın 10-na dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,7% azalaraq 133 707 050 manat təşkil edib.
“Report”un hesablamalarına görə, Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,03% yüksəlib və 872,59-a bərabər olub. Ortaölçülü qiymət indeksi isə 109,07 təşkil edib.