“Report”un hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBNI (Azerbaijan Central Bank Notes Index) indeksi 0,01% artaraq dekabr ayının 1-nə 199,98, ortaölçülü qiymət indeksi isə 99,99 təşkil edib. Dekabrın 1-nə dövriyyədə olan notların cari qiyməti üzrə həcmi 0,01% artaraq 9 998 799 manat təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,02% yüksəlib və 873,94-ə bərabər olub. Ortaölçülü qiymət indeksi 109,24 təşkil edib.