Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 2,67% azalaraq noyabr ayının 7-nə 2 957,14 təşkil edib. Ortaölçülü qiymət indeksi isə 95,39-a bərabər olub. Noyabrın 7-nə dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,7% azalaraq 138 661 489 manat təşkil edir.
“Report”un hesablamalarına görə, Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 872,33-ə bərabər olub. Ortaölçülü qiymət indeksi isə 109,04 təşkil edib.