Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb Müvafiq materiallar Baş Prokurorluğa göndərilib
Maliyyə
19 Sentyabr , 2017 14:33
Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. 

Qurumdan "Report"a verilən məlumata görə, iclasda dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılmış vəsaitlərin, büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair aparılmış auditin nəticələri müzakirə olunub.

Kollegiya universitet tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycanın Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi