Azərbaycan dövlət büdcəsinin gəlir mənbələri üzrə proqnozların çoxu dəyişib
- 19 iyun, 2023
- 13:11
Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2023-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanuna əsasən büdcənin gəlir mənbələri üzrə proqnozların çoxu dəyişib.
"Report" dəyişiklikləri təqdim edir:
| Gəlirlərin mənbələri | Məbləğ (manatla) | ||
| Əvvəl | İndi | ||
| 2.1 | Fiziki şəxslərin gəlir vergisi | 1 680 000 000,0 | 1 700 000 000,0 |
| 2.2 | Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi | 6 417 000 000,0 | 7 478 100 000,0 |
| 2.3 | Hüquqi şəxslərin torpaq vergisi | 46 000 000,0 | 46 000 000,0 |
| 2.4 | Hüquqi şəxslərin əmlak vergisi | 302 800 000,0 | 312 000 000,0 |
| 2.5 | Əlavə dəyər vergisi | 6 042 446 000,0 | 7 207 250 000,0 |
| 2.5.1 | Ölkə ərazisinə malların idxalına görə əlavə dəyər vergisi | 3 228 146 000,0 | 4 060 250 000,0 |
| 2.6 | Sadələşdirilmiş vergi | 278 600 000,0 | 325 000 000,0 |
| 2.7 | Aksizlər | 1 377 750 000,0 | 1 384 750 000,0 |
| 2.7.1 | Ölkə ərazisinə malların idxalına görə aksizlər | 176 750 000,0 | 171 750 000,0 |
| 2.8 | Yol vergisi | 135 900 000,0 | 125 900 000,0 |
| 2.8.1 | Ölkə ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi | 50 000 000,0 | 40 000 000,0 |
| 2.9 | Mədən vergisi | 160 400 000,0 | 162 000 000,0 |
| 2.10 | Gömrük rüsumları | 1 348 382 000,0 | 1 456 000 000,0 |
| 2.11 | Ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar | 112 000 000,0 | 186 000 000,0 |
| 2.12 | Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar | 1 870 000,0 | 1 870 000,0 |
| 2.13 | Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər | 321 210 000,0 | 321 210 000,0 |
| 2.14 | Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfertin yuxarı həddi) | 11 280 000 000,0 | 11 737 700 000,0 |
| 2.15 | Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar | 20 000 000,0 | 25 000 000,0 |
| 2.16 | Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar | 10 000 000,0 | 10 000 000,0 |
| 2.17 | Dövlət rüsumu | 272 000 000,0 | 300 000 000,0 |
| 2.18 | Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar | 22 000 000,0 | 22 000 000,0 |
| 2.19 | Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar | 726 500 000,0 | 857 000 000,0 |
| 2.20 | 2023-cü il yanvarın 1-ə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondunun vəsaitinin qalığı | 9 028 925,0 | 22 628 925,0 |
| 2.21 | Sair daxilolmalar | 210 091 075,0 | 210 091 075,0 |