"Azərbaycan Dəmir Yolları" QSC "S&P"nin xidmətindən imtina edib

"Azərbaycan Dəmir Yolları" QSC "S&P"nin xidmətindən imtina edib Şirkətin əməkdaşlıq edəcəyi yeni reytinq agentliyinin adı məlum deyil
Maliyyə
123
5 Yanvar , 2016 18:19
Azərbaycan Dəmir Yolları QSC S&Pnin xidmətindən imtina edib

Bakı. 5 yanvar. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC "Standard&Poor's" (S&P) beynəlxalq reytinq agentliyi ilə əməkdaşlıqdan imtina edib. "Report"un "Standard&Poor's" beynəlxalq reytinq agentliyinə istinadən verdiyi xəbərə görə, Agentlik tərəfindən "Azərbaycan Dəmir Yolları"nın reytinq qiymətləndirilməsi emitentin xahişi əsasında dayandırılıb. Buununla bağlı Agentliyin Moskva ofisi məlumat yayıb. 

Qeyd edək ki, "S&P" 2015-ci il dekabrın 15-də "Azərbaycan Dəmir Yolları" QSC-nin kredit reytinqini "BB-", proqnozunu isə "neqativ" səviyyəsinə endirib. Buna səbəb şirkətin borc öhdəliyinin icrasını 3 gün gecikdirməsi olub.

Xatırladaq ki, bu yaxınlarda "Azərbaycan Dəmir Yolları"nın sədri Cavid Qurbanov şirkətin reytinqin aşağı salınmasına əhəmiyyət vermədiyini qeyd edib: "Özümüz, iqtisadiyyatımız güclü olandan sonra reytinq də düzələcək. Çalışacağıq düzəldək".

Digər reytinq agentlikləri ilə əməkdaşlığın mümkünlüyünə gəldikdə isə C.Qurbanov bunu istisna etməyib: "Kim bizlə əməkdaşlıq etmək istəyirsə, qapımız hamıya açıqdır".

Son xəbərlər

Orphus sistemi