​Azərbaycan Çin yuanına investisiyalara başlayıb

​Azərbaycan Çin yuanına investisiyalara başlayıb Növbəti mərhələ Çinin səhm bazarına investisiya yatırımları olacaq
Maliyyə
114
3 İyul , 2015 11:03
​Azərbaycan Çin yuanına investisiyalara başlayıb

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyasının təmin edilməsi istiqamətində növbəti mərhələ olaraq Çin yuanında investisiyalara başlayıb. Bu məqsədlə 2014-cü ildə Çin Mərkəzi Bankından 3 mlrd. yuan həcmində investisiya üçün müvafiq lisenziya alınıb və adıçəkilən qurumla dövlət və agentliklərin istiqrazlarının alqı-satqısı və saxlanılmasına dair müqavilə imzalanıb.

ARDNF-dən "Report"a verilən məlumata görə, 2015-ci il iyulun 1-dən isə Çin yuanında ilk investisiyalara başlanılıb. Hazırda növbəti mərhələ olaraq Çinin səhm bazarına investisiya yatırımlarının həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Çin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsi tərəfindən verilən "Səlahiyyətli xarici institusional investorlar" adlı lisenziyanın alınması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "ARDNF-nin valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsı haqqında Qaydalar"a əsasən, Fondun investisiya portfelinin vəsaiti Böyük Yeddilərə (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələr, Rusiya və Türkiyə, həmçinin uzunmüddətli öhdəliklər üzrə "A" (S&P, Fitch) və ya "A2" (Moody's) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.

Son xəbərlər

Orphus sistemi