Azərbaycan Cənub-Şərqi Anadoludan quru meyvə idxalını 29 %-dən çox artırıb

Maliyyə
  • 26 iyun, 2023
  • 13:31
Azərbaycan Cənub-Şərqi Anadoludan quru meyvə idxalını 29 %-dən çox artırıb

Bu il yanvar-may aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 1,156 milyon ABŞ dolları dəyərində quru meyvə idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,3 % çoxdur.

Hesabat dövründə bölgədən ümumilikdə 107,820 milyon dollarlıq quru meyvə ixrac edilib ki, bu da illik müqayisədə 22,6 % azdır.

5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük quru meyvə ixracı Avropa İttifaqı (Aİ) ölkələrinə (50,153 milyon ABŞ dolları; illik müqayisədə 18,3 % az) həyata keçirilib. Onu Amerika qitəsi (11,873 milyon ABŞ dolları; 39,4 % az) və Yaxın Şərq ölkələri (9,861 milyon ABŞ dolları; illik müqayisədə 38,1 % az) izləyib.

Xatırladaq ki, bu il yanvar-may aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 34,071 milyon ABŞ dolları dəyərində mal idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 % çoxdur.

44 filmi