Azərbaycan CAREC İnstitutu ilə birgə tədqiqat layihələri həyata keçirəcək

Azərbaycan CAREC İnstitutu ilə birgə tədqiqat layihələri həyata keçirəcək Azərbaycanın İqtisadi Elmi-Tədqiqat İnstitutu (ESRİ) Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) İnstitutu ilə birgə bu ilin sonu və yaxud gələn ilin əvvəlində bir neçə tədqiqat layihəsi həyata keçirəcək.
Maliyyə
15 Sentyabr , 2022 10:57
Azərbaycan CAREC İnstitutu ilə birgə tədqiqat layihələri həyata keçirəcək

Azərbaycanın İqtisadi Elmi-Tədqiqat İnstitutu (ESRİ) Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) İnstitutu ilə birgə bu ilin sonu və yaxud gələn ilin əvvəlində bir neçə tədqiqat layihəsi həyata keçirəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ESRİ-nin İdarə Heyətinin sədri Mahir Hümbətov bildirib.

Onun sözlərinə görə, bu layihələr rəqəmsallaşma, nəqliyyat dəhlizləri, logistika, ticarətin asanlaşdırılması və potensialın artırılması ilə bağlı olacaq.

"Həmçinin, CAREC-ə üzv ölkələrin əməkdaşları ilə birgə tədqiqatların aparılması nəzərdə tutulub. Üzv ölkələrin beyin mərkəzlərindən bizə müraciətlər olub, onların davamı olaraq başqa anlaşma memorandumlarının imzalanmasının şahidi olacağıq", - deyə sədr qeyd edib.

Xatırladaq ki, bu gün ESRİ və CAREC İnstitutu arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi M.Hümbətov və CAREC İnstitutunun direktoru Seyid Şakil Şah imzalayıblar.

Son xəbərlər

Orphus sistemi