Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 1,6 milyard dollar azaldıb

Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 1,6 milyard dollar azaldıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xalis maliyyə öhdəliklərini 1 592,8 milyon ABŞ dolları məbləğində azaldıb.
Maliyyə
15 Dekabr , 2020 15:33
Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 1,6 milyard dollar azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xalis maliyyə öhdəliklərini 1 592,8 milyon ABŞ dolları məbləğində azaldıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, azalmanı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 327,3 milyon ABŞ dolları azalması, neft bonusunun 451,6 milyon ABŞ dolları artması, portfel investisiyalarının 303,1 milyon ABŞ dolları azalması, digər investisiyaların isə 1 414 milyon ABŞ dolları azalması təmin edib.

Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycanın xalis maliyyə öhdəlikləri 250,4 milyon ABŞ dolları artmışdı. Artımı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 304,2 milyon ABŞ dolları, neft bonusunun isə 450,8 milyon ABŞ dolları artması, portfel investisiyalarının 199,8 milyon ABŞ dolları, törəmə maliyyə alətlərinin 3,9 milyon ABŞ dolları, digər investisiyaların isə 300,9 milyon ABŞ dolları azalması təmin etmişdi.

Son xəbərlər

Orphus sistemi