Azərbaycan Britaniyanın maliyyə nəzarəti təcrübəsini öyrənir

Azərbaycan Britaniyanın maliyyə nəzarəti təcrübəsini öyrənir Palatanın sədri Rüfət Aslanlın Böyük Britaniyada işgüzar səfərdədir
Maliyyə
1 Noyabr , 2016 11:34
Azərbaycan Britaniyanın maliyyə nəzarəti təcrübəsini öyrənir

Bakı. 1 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının (DŞ) sədri Rüfət Aslanlının rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyada işgüzar səfərdədir. Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, səfər zamanı Böyük Britaniya Maliyyə Nəzarət Orqanının (FCA) rəhbərliyi ilə görüş keçirilibb. Görüşdə FCA-nın yüksək səviyyəli rəsmiləri Azərbaycan nümayəndə heyətini təşkilatın iş prinsipi və fəaliyyət istiqamətləri ilə tanış edib. R.Aslanlı rəhbərlik etdiyi qurumun FCA ilə əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirib.

Daha sonra Azərbaycan nümayəndə heyəti Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzə elçisi xanım Baronessa Nikolsonla görüşüb. R.Aslanlı Azərbaycanda aparılan islahatlar barədə ona məlumat verib.

Son xəbərlər

Orphus sistemi