Azərbaycan BOKT-unun istiqrazlarına 5 investor maraq göstərib
- 27 dekabr, 2021
- 13:01
Bu gün "Bakı Fond Birjası" QSC-də “FİNKA Azərbaycan” MMC bank olmayan kredit təşkilatının (BOKT) 3 milyon manat dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 5 investor 3 milyon manatlıq 5 sifariş təqdim edib və yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5%-dir. Faizlər 3 aydan bir ödəniləcək. Prosesin anderrayteri "AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.