Azərbaycan BOKT-u yeni səhmdarlar cəlb edib
- 27 may, 2025
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
“Finex Kredit” ASC bank olmayan kredit təşkilatına (BOKT) yeni səhmdarlar gəlib.
"Report" xəbər verir ki, bunlar Səməd Mirzəyev və Səadət Mirzəyevadır.
Onlar, kredit təşkilatında müvafiq olaraq 16,7 % və 13,4 % paya sahib olublar. Əvəzində əsas səhmdar olan Xaqan Mirzəyevin payı 32 %-dən 2 %-ə düşüb, eləcə də digər səhmdarların paylarında cüzi dəyişikliklər olub.
| № | Səhmdarın adı | Səhmdarın payı | |
| İndi | Əvvəl | ||
| 1 | Azad Cəbrayılov | 26,7 % | 27,0 % |
| 2 | Səməd Mirzəyev | 16,7 % | - |
| 3 | Ramina Allahverdiyeva | 16,5 % | 17,0 % |
| 4 | Səadət Mirzəyeva | 13,4 % | - |
| 5 | Şəlalə Tağıyeva | 10,2 % | 10 % |
| 6 | Tokay Şıxəlizadə | 7,5 % | 8,0 % |
| 7 | Rövşən Məmmədov | 3,6 % | 3,0 % |
| 8 | Mobil Şərifov | 2,3 % | 2,0 % |
| 9 | Xaqan Mirzəyev | 2,0 % | 32,0 % |
| 10 | Gülnarə Tağıyeva | 1,1 % | 1,0 % |
Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,494 milyon manatdır.