Azərbaycan BOKT-unun istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Azərbaycan BOKT-unun istiqrazları üzrə hərracın tarixi açıqlanıb “Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “International" QSC bank olmayan kredit təşkilatının (BOKT) yeni istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Maliyyə
12 Aprel , 2022 17:25
Azərbaycan BOKT-unun istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Aprelin 14-də “Bakı Fond Birjası" QSC-nin (BFB) “International" QSC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin 11 mart tarixli qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd, yəni 2 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi