Azərbaycan BOKT-ları vergi azadolmalarına dair təkliflər irəli sürüb

Azərbaycan BOKT-ları vergi azadolmalarına dair təkliflər irəli sürüb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və təkliflərinin öyrənilməsi istiqamətində növbəti görüşü "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyinin
Maliyyə
6 Noyabr , 2024 15:04
Azərbaycan BOKT-ları vergi azadolmalarına dair təkliflər irəli sürüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və təkliflərinin öyrənilməsi istiqamətində növbəti görüşü "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə keçirib.

"Report" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, görüş onlayn formatda baş tutub.

Görüşdə vergi orqanları ilə bank olmayan kredit təşkilatları (BOKT) arasında məlumatların inteqrasiyası prosesinin təkmilləşdirilməsinə və vergi azadolmalarına dair təkliflər səsləndirilib, inzibatçılığın və hesabatlılığın sadələşdirilməsi ilə bağlı müzakirələr aparılıb, vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.

Dövlət-biznes əməkdaşlığının inkişafı və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi